Azay Quliyev "Media haqqında" qanun layihəsinə təkliflər verdi

image

Deputat Azay Quliyev “Media haqqında” qanun layihəsinin ikinci oxunuşu ilə bağlı müzakirədə qanun layihəsi haqda fikirlərini bölüşüb.

Maddə 3.2.1-də qeyd olunur ki, bu qanun jurnalistlər istisna olmaqla media subekti hesab edilməyən şəxslərə şamil edilmir. Media subyekti hesab edilməyən şəxslər hansılardır? Necə ki, 25-ci maddədə biz media subyektinin siyahısını vermişik,  media subyekti hesab edilməyən şəxslərin də siyahısı verilməlidir ki, qanun da bütün məsələlər aydın olsun.

Ümumiyyətlə, qanunun tətbiqi dairəsi genişlənməli, sosial şəbəkə platformaların fəaliyyətlərinin yerli qanunvericiliklə uzlaşdırılması məsələsi bura daxil edilməlidir.

Bilirsiniz ki, sosial şəbəkə platformalarının fəaliyyətinin qanunla uzlaşması təcrübəsi bir çox Avropa ölkələrində tətbiq olunmaqdadır.

Misal üçün, Almaniyada sosial media platformaları milli qanunvericiliyin tələblərini pozduqlarına görə məsuliyyət daşıyırlar və bu pozuntuların qarşısını almaq üçün işlək mexanzimlər mövcuddur. Xüsusilə, sosial mediada terror, dövlətin konstitusyon formasının dəyişdirilməsi, təhqir, hədə-qorxu mətnlərinin yayılması faktına görə sosial şəbəkə platformaları həmin ölkələrdə qanunun tələbinə uyğun olaraq effektiv tədbirlər görməyə borcludurlar. Azərbaycanda isə bu sahədə ciddi problemlər qalmqadadır. Düşünürəm ki, biz də bu məsələnin  qanunvericilik səviyyəsində həlli yollarını tapmalıyıq.

Maddə 4 Media sahəsində dövlətin vəzifələri sadalanır.

Burada 4.1.2. yarım bəndində  “dövlət hər kəsin  informasiya təminatı üçün şərait yaradır” yarım bəndində informasiya sözündən əvvəl “keyfiyyətli” sözü əlavə edilsin.

Maddə 26.3-də  hansı şəxslərin media  subyektinin təsisçisi ola bilməz yarımbəndində bir sıra haqlı tələblər  var, yəni kimlər media subyekti təsis edə bilməz, məsələn, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər; məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər və s.

Hesab edirəm ki, bütün bunlarla yanaşı aşağıdakı məzmunda yeni 26.3.6. yarımbəndin əlavə edilməsi vacibdir:

Bu qanunun 14-cü maddəsinin tələblərini pozduğuna görə məsuliyyətə cəlb olunan şəxslər. 

Əgər şəxs yuxarıda qeyd olunan tələbləri pozduğuna görə məsuliyyətə cəlb olnunsba  onun yenidən media subyekti təsis etməsinə yol vermək olmaz. Çünki, belə hüququn ona təkrar tanınması onun reabilitasiyasi üçün əsas yarada və təkrar bu pozuntuya yol verməsini stulmullaşdıra bilər.

 Təəssüf ki, biz hazırkı təcrübədə bu cür neqativ hallarla tez-tez rast gəlirik. Hətta bu cür hallara yol vermiş şəxslərin məhkumluğu ödənildikdən sonra da  onlara media subyektləri təsis etməsi qanunla qadağan olunmalıdır. Bu isə medianın təsadüfi və zərərli adamlardan təmizlənməsinə, jurnalist peşəsinin nüfuzunun artrmasına təsir edə bilər.

Hətta bu tələblər siyahısına qanunun 65-ci maddəsinin tələblərini, xüsusilə 65.2.3 yarəmbəndini də əlavə etmək olar.

Çünki, bu tələblərin pozulması da, özü də təkrarən pozulmasına görə məsuliyyətə cəlb olunan şəxslərin media subyektinin təsisçisi olması yolverilməzdir və bu azad media mühitinin korlanmasına gətirib çıxara bilər.

Jurnalistin vəsiqəsi

70.5. Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini işəgötürənə (media subyektinə) təhvil verməli, media subyekti isə həmin vəsiqəni təhvil aldığı gündən ən geci 3 (üç) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məhv edilməsi üçün təqdim etməlidir.

Təsəvvür edək ki, əmək müqavilsəniə xitam verilmiş jurnalist hər hansı bir səbəbdən vəsiqəni media subyektinə təhvil vermir. Media subyekti də bu səbəbdən  müəyyən edilmiş 3 gün müddətinə verdiyi vəsiqəni müvafiq quruma təhvil verə bilmir və beləliklə, müqaviləsinə xitam verilmiş şəxs hələ də vəsiqədən istifadə etmək imkanını saxlamış olu. Bu məsələni tənzimləmək üçün media subyektinin üzərinə əmək müqavilsənə xitam verdiyi jurnalist haqqında müvafiq quruma məlumat vermək öhdəliyi qoyulsa, mümkün sui-istifadə halının qarşısı vaxtında alına bilər və fəaliyyətinə xitam verilən jurnalistin adı media reyesterindən çıxarılar.

Maddə 77

Mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya,

eləcə də jurnalist aşağıdakı hallarda məsuliyyət daşımır:

77.2.1. həmin məlumat dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri və

ya onların mətbuat xidmətləri tərəfindən rəsmi yayılmışdırsa;

77.2.2. həmin məlumat informasiya agentliklərindən və ya idarə, müəssisə,

təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən

yayılmışdırsa;

77.2.3. həmin məlumat Azərbaycan Respublikası Milli Məclisinin

deputatlarının, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, idarə, müәssisә,

təşkilat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, habelə vəzifəli şəxslərin

rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;

77.2.4. həmin məlumat canlı yayımla efirə gedən çıxışlarda

səsləndirilmişdirsə.

Belə çıxır ki, həmin məlumat canlı olmayan efirdə gedən çıxışlarda səsləndirilmişsə və jurnalist onu olduğu kimi vermişsə məsuliyyət daşımalıdır.

Buna görə də bu yarımbənddən “canlı yayımla” sözü çıxarılmalı və  “həmin məlumat efirə gedən çıxışlarda səsləndirilmişsə” redaksiyada verilməlidir.

Soydas.az

Paylaş:

Xəbər lenti